OFELİYA MAHMUDOVA ARAZ DADAŞEVİ HƏBS ETDİRƏ BİLMƏDİ
Keçən il AMEA Hüquq və İnsan Haqları İnstitutunda şöbə rəisi vəzifəsini daşıyan, hüquq üzrə fəlsəfə doktoru və üç ölkənin vətəndaşı olan Ofeliya Mahmudova Araz Dadaşev adlı şəxsə qarşı Bakı şəhəri BPİ-də qondarma cinayət işi açdırmışdır.

Ofeliya Mahmudovaya bu işi həyata keçirməkdə Araz Dadaşevin keçmiş həyat yoldaşı, qaynı və hətta qaynanası yardımçı olmuşdular. Həmin şəxslər yalandan Araz Dadaşevin üzünə duraraq istintaqa izahat vermişdilər ki, guya Araz Dadaşev onların külli miqdarda pulunu mənimsəyib.


365info
-nun əldə etdiyi məlumata görə Ofeliya Mahmudova həm də keçmiş MTN-nin polkovniki olub.


Apardığımız araşdırma nəticəsində o da məlum oldu ki, keçmiş MTN-nin polkovniki olaraq Ofeliya Mahmudovanın əsas işi keçmiş nazirlər – Eldar Mahmudovla Fazil Məmmədovun biznes maraqlarını Türkiyədə qorumaq və onların bir çox obyektlərinə nəzarət etməkdən ibarət olub.


Gözdən pərdə asmaq üçün isə Ofeliya Mahmudova Türkiyədə kitab çapı ilə məşğul olub. Ofeliya Mahmudova hətta Bakıda Araz Dadaşeva qarşı öz çirkin missiyasını həyata keçirmək üçün, keçmiş vergilər naziri Fazil Məmmədovdan xahiş edərək əvvəlcədən Araz Dadaşevin qaynı Ruslan Məmmədovu Vergilər Nazirliyində kassalara nəzarət idarəsinə işə düzəltməyə nail olub.


Ofeliya Mahmudovada Araz Dadaşeva qarşı nifrət onun qardaşından qalan mirası qardaşı uşaqları ilə bölünməsinə Araz Dadaşev tərəfindən məcbur edilməsindən sonra əmələ gəlir. Bu xanıma qalan miras böyük olduğundan o bütün gücünü səfərbər edir ki, öz çirkin niyyətini həyata keçirtməkdə ona maneə olan Araz Dadaşevi qondarma cinayət işi ilə həbs etdirsin. 
Ancaq onun qurduğu plan baş tutmayıb.

Belə ki, Araz Dadaşev Qazaxstanda saxlanılsa da sonradan sərbəst buraxılıb. Mətbuatda gedən məlumata görə barəsində həbsli axtarış qərarı çıxarılan Azərbaycan əsilli Rusiya vətəndaşı Araz Dadaşevin azadlığa buraxılması ilə bağlı Qazaxıstan Baş Prokurorluğu tərəfindən verilən vəsatətə baxılıb. A.Dadaşevin vəkili Hafiz Ələsgərov bildirib ki, məhkəmənin qərarı ilə A.Dadaşev barəsində həbs qərarı ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb: “Xətai məhkəməsi Araz Dadaşev haqqında qiyabi həbs qərarı çıxarmışdı və o, axtarışa verilmişdi. Lakin sonradan qərardan apellyasiya şikayəti verildi və məhkəmə həbs-qətimkan haqqında qərarı ləğv etdi. Bununla bağlı tərəfimdən Azərbaycanın Baş Prokurorluğuna məlumat verildi və prokurorluq da qərarın icrası üçün Qazaxıstanın Baş Prokurorluğuna göndərdi. Qazaxıstan Baş Prokurorluğu isə Azərbaycan məhkəməsinin qərarının icrası üçün Qazaxıstan məhkəməsinə müraciət edib”.


Vəkil qeyd edib ki, artıq A.Dadaşevin ekstradisiya prosesi dayandırılıb və hazırda cinayət işinə xitam verilməsi üçün iş aparılır.


Qeyd edək ki, A.Dadaşev iş adamıdır. Ona qarşı keçmiş həyat yoldaşı Lalə Dadaşevanın şikayəti əsasında cinayət işi başlanılıb. Şikayət mülki xarakterlidir”.


Məlumat üçün bildirək ki, Araz Dadaşev Ofeliya Mahmudovanın qardaşı Hafiz Mahmudovun biznes partnyoru olub. Sonradan Hafiz Mahmudov müəmmalı şəkildə Rusiyada itkin düşüb və onun milyonlarla ölçülən sərvəti bacısı Ofeliya Mahmudovaya miras qalıb. Bu mirasın bölünməyindən narahat olan Ofeliya Mahmudova Bakıda Araz Dadaşeva qarşı qondarma cinayət işi qaldırmaq üçün yalançı şahid bazası yaradıb onun üzünə qoymağa nail olub. Araz Dadaşevin keçmiş həyat yoldaşı Lalə Dadaşeva və qaynı Ruslan Məmmədov da Araz Dadaşevin üzünə durublar ki, guya o, onların külli miqdarda pulunu mənimsəyib.


Xatırladaq ki, MTN ləğv olunandan sonra Ofeliya Mahmudova “Facebook” sosial şəbəkəsində müxalifəti dəstəkləmiş, hətta 2018 -ci ildə ölkədə keçiriləcək prezident seçkilərində sabiq deputat, hazırda mühacirətdə yaşayan Hüseyn Abdullayevi dəstəklədiyinə işarə etmişdir.


365info
-da dərc olunan yazıda bu haqda qeyd olunur ki, Ofeliya Mahmudova Hüseyn Abdullayevə dəstək olaraq qardaşından qalan pulu Hüseyn Abdullayevin seçki kampaniyasına xərcləyəcək: “Mahmudova Ofeliya Əbülhəsən qızının qardaşı Hafiz Mahmudov 2004-cü ildə Moskva şəhərində itkin düşüb və bu hadisədən sonra Hafiz Mahmudovun 50 milyon dollar məbləğində pulu Ofeliya Mahmudovanın əlinə keçib. Hafiz Mahmudov itkin düşdükdən sonra, milyonlarla dolları idarə edən Ofeliya bir manat da olsun belə onun övladlarına kömək etməyib. 2010-cu ildə məhkəmənin qərarı ilə Hafiz Mahmudov ölmüş hesab olunduqdan sonra, onun iki azyaşlı uşağına yeganə vərəsəlik hüququ verilib. Çox böyük çətinliklərlə olsa da, onun dostları Hafizin mülkiyyətindən övladlarına pay ayrılmasına nail olublar.


Hafiz Mahmudovun dostları onun övladlarına qalan və milyonlarla dəyərində olan mülkiyyətini Ofeliya Mahmudovaya və digər qohumlarına güzəştli şəkildə satılmasına razılıq verirlər. Ancaq sonradan Moskvadan Bakıya uşaqlar üçün köçürülən pulların Ofeliya Mahmudova vasitəsilə, onların hesablarına az miqdarda yatırılması Hafiz Mahmudovun dostlarında bəzi şübhələr yaradır. Hafiz Mahmudovun Türkiyədə də böyük məbləğdə pulunun, villasının və şirkətinin olduğu barədə mətbuata məlumat verilib. Türkiyədəki vəkil vasitəsilə bir ilə yaxın vaxt ərzində Hafizin dostları axtardığı villanı və bank hesablarını müəyyən edə biliblər. Əfsuslar olsun ki, həmin villanın sahibinin Türkiyə vətəndaşı olan Mahmudova Ofeliya Əbülhəsən qızına məxsus olduğu aydınlaşıb. Adı çəkilən şəxsin mülkiyyəti cinayət yolu ilə ələ keçirilməsi iddia olundu və barəsində 31.07.2013-cü il tarixdə Türkiyənin Antaliya Sülh Cəza Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri də seçilir.


Sonradan Hafiz Mahmudovun dostlarının təşəbbüsü ilə belə bir razılığa gəlinir ki, Ofeliya Mahmudova və onun qohumlarına qarşı iddia tələbindən əl çəkərək həmin villa razılıq yolu ilə qiymətləndirilsin, satışdan əldə olunan pullar da Hafiz Mahmudovun varislərinə verilsin. Həmin pullar bu günə qədər tam ödənilməsə də, Hafizin dostları yenə də varislərin nümayəndəsi olaraq onun qohumları ilə aralarında olan müqavilə şərtlərini pozmayıblar.


Bundan başqa, Moskvada ticarət mərkəzindəki hissəyə görə Hafizin dostlarına daha yüksək məbləğdə pullar təklif olunmasına baxmayaraq, o hissələri də Hafizin qohumları çox aşağı qiymətə satdılar. Türkiyədəki vəkillər Hafiz Mamudova məxsus 25 milyon dollardan çox pulun olmasını, izinə düşdüklərini və faktiki həmin pulların varislərə çatmalı olduğunu bildirsələr də, sülh naminə onun dostları axtarışları dayandırıb və villa ilə əlaqədər cinayət işindən vaz keçiblər.


Haqsız olaraq təqribən 50 milyon dollardan cox imkana sahib olan Ofeliya Mahmudovanın göydən düşmüş o pulları bu gün hansı istiqamətdə xərcləyəcəyi bir çox insanlarda sual yaradırdı.


Lakin bu yaxınlarda onun yazdığı statustan sonra belə nəticəyə gəlmək olar ki, bu sualın cavabı məlum olub.


Belə ki, yazıda bildirlir ki, Ofeliya Mahmudova böyük siyasətə qoşulmaq istiqamətində işlər aparır. Keçən ilin yanvar ayının 2-də saat 20:13-də Ofeliya Mahmudovaya məxsus “Afeliya Mahmud” adlı profildən “Yaltaqlara Dur Deyək” səhifənin videosunu paylaşaraq “Bize ermeni lazım deyil” statusu yazıb.


Məlumat üçün bildirək ki, həmin videoda icazəsiz mitinq keçirməyə cəhd göstərən şəxslərin polis tərəfindən saxlanılması əks olunur. Və “Yaltaqlara Dur Deyək” feysbuk səhifəsində bu video yerləşdirilərək, “Adolf Hitler Heç Yahudilərə Belə Divan Tutmamişdi Ancaq Bu Hakimiyyətin Polisi Görün Nələr Elədi” sözlərindən ibarət status yazılıb”.


Həmin yazıdan sonra biz bu xanımın feysbuk səhifəsinə yenidən ekskurs elədik. Düzdür keçən dəfə müxalifətlə bağlı onun paylaşdığı statusu tapa bilmədik.


Ancaq bu dəfə ondan da maraqlı bir statusa rast gəldik. Bu statusda Ofeliya Mahmudova Hüseyn Abdullayevin 
netxeber.com saytında “Hüseyn Abdullayevdən Şok yazı” başlıqlı yazısını paylaşdığını gördük ”.

Şamil Əfəndi


365İNFO.AZ