Hacı Zeynalabdin qəsəbəsi şəhidləri belə andı - Foto
Yanvarın 20-də Hacı Zeynalabdin qəsəbəsinin Şəhidlər Xiyabanında "Qanlı Yanvar Hadisələri"nin 28-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilmişdir.

LEGİON.AZ
 xəbər verir ki, anım tədbirində Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov, qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsi Lalə Hacıyeva, ağsaqqallar şurası, qəsəbənin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının kollektivləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Anım tədbirində Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə qəsəbə bələdiyyəsinin və İcra Nümayəndəliyinin,  qəsəbə ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoymuş, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzülmüş, ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov çıxış edərək, 1988-ci ildən başlanan xalq hərəkatından, Azərbaycan xalqının Sovet imperiyasına qarşı mübarizəsindən və 20 Yanvar şəhidlərinin qəhrəmanlıq və şücaətindən danışıb. Bildirib ki, bu gün ümumxalq hüzn günü ilə bərabər, həm də şərəf və qürur günüdür.


Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsi Lalə Hacıyeva da çıxışında Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi olan 20 Yanvar hadisələrindən danışıb.

Daha sonra qəsəbə Bələdiyyəsinin sədri Elşən Məmmədov və İcra Nümayəndəsi Lalə Hacıyeva  şəhid ailələri ilə görüşmüş və onlara dərin hüznlə baş sağlığı vermişdilər.

LEGİON.AZ