Damla sahibini xaricdə üzə çıxaracaq
Türkiyəli müğənni Damladan yeni xəbər var.

Damlanın Azərbaycandakı PR meneceri Elton Hacıyev LEGİON.AZ-a verdiyi məlumata görə, son günlər müğənninin ən populyar mahnısı olan “Sahibi Sen” üçün də klip çəkilişlərinə başlanılacaq. Klipin harada çəkiləcəyinin hələlik dəqiqləşmədiyini deyən pr menecer  bildirib ki, bu, Belçika, İsveçrə, Almaniya və Türkiyə də ola bilər. Onun sözlərinə görə, klip üçün yazılan ssenari hansı ölkəyə uyğun olarsa, çəkilişlər də orada aparılacaq.

PR menecer həmçinin qeyd edib ki,  Damla yeni fotosessiya hazırlayıb. Lakin o, öz fotolarını mediadan gizli saxlayır. Səbəb isə yaxın aylarda həmin fotolardan yaradıcılıq işlərində istifadə etməkdir.

LEGİON.AZ