Bu dəfə "Crystal Hall"da hansı ulduz konsert verəcək?
Novruz bayramı münasibətilə məşhur türkiyəli  müğənni İrem Derici Bakıda konsert proqramı ilə çıxış edəcək.

LEGİON.AZ-ın  məlumatına görə, Asif Hüseynovun təşkil olunacaq konsert martın 21-də Bakı Kristal Zalında keçiriləcək. Konsertdə İremlə bərabər  şoumen Kəmran Həsənli və "Xalq Ulduzu" yarışmasının iştirakçısı Anar Nəbiyev də çıxış edəcək.

Biletləri şəhərin mərkəzindəki kassalardan əldə etmək olar.

LEGİON.AZ