Məşhur bacılar niyə Azərbaycanı tərk ediblər?
Tanınmış rəqqasə Renka  və istedadlı rəssam və dizayner Səadət bacıları Azərbaycanı tərk ediblər.

LEGİON.AZ xəbər verir ki, bacılar övladları ilə getdiyi ölkəni yerli mediadan da gizli saxlayıblar. Bacıların köməkçisi ilə əlaqə saxlayıb hara və niyə getməsinin səbəbi ilə maraqlansaq da, köməkçi heç bir məlumat vermədi.

Öyrəndik ki, bacılar səfərin gizli saxlanmasını istəyiblər. Bircə onu bildirdi ki, Renka və Səadət  Hindistanda deyillər və Azərbaycana tezliklə  dönəcəklər. Bacıların hara və niyə getdiyini isə vətənə döndükdən sonra Renka və Səadət özləri yerli mediaya bildirəcəklər.

LEGİON.AZ