"Azərbaycan Gözəli-2018"-in final gecəsinin tarixi məlum oldu
Təşkilat komitəsindən LEGİON.AZ -a verilən məlumata görə "Azərbaycan Gözəli-2018"-in finalı ilə "Şou Prodakşn"-nın (Show Production-nun) 5 illik möhtəşəm yubley gecəsi eyni gündə, eyni məkanda təşkil olunacaq.

Bildirildi ki, gecədə "Azərbaycan Gözəli -2018" - in qalibləri məlum olacaq, brend geyim markası ilə defilə -şou baş tutacaq, Türkiyədən özəl olaraq yubley tədbirinə qonaqlar qatılacaq, səhnəmizin ulduzlarının iştirakı ilə konsert proqramı olacaq, 5 il ərzində Şou Prodakşn (Show Production) ilə əməkdaşlıq edənlərə xüsusi mükafatlar və hədiyələr təqdim olunacaq.

Gecədə iştirak yalnız dəvətnamə ilə olacaq. 
Tədbir : 7 fevral 2018-ci il, saat 18:00-da PULLMAN Hoteldə baş tutacaq.

LEGİON.AZ