İtaliyanın şimalında qatar relsdən çıxıb, ölən və yaralananlar var
Kremonadan Milana doğru hərəkət edən sərnişin qatarı İtaliyanın şimalında relsdən çıxıb.

"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində azı iki nəfər ölüb, bir çox insan yaralanıb.

Pyoltello şəhəri yaxınlığında baş verən hadisə yerinə bir neçə təcili tibbi yardım maşını gəlib.

Milan və Venesiyanı birləşdirən dəmir yolu xəttində qatarların gecikmə ilə hərəkət edəcəyi açıqlanıb.

LEGİON.AZ