Nəsimi rayonunda ağac qətliamı-(FOTO+VİDEO)
Bakı şəhəri, 5-ci mikrorayon ərazisində ağaclar kəsilir.
“Qafqaz Xəbər”
 
qəzetinə bu barədə məlumatı sakinlər veriblər.

Bildirilir ki, Nəsimi rayonu 20 Yanvar küçəsi 24 ünvanında yaşıllıq ərazisi məhv edilir.
Sakinlərin verdiyi məlumata görə, kəsilən ağacların yerində kol-kos və ağac budaqları yandırılır və beləcə kəsilən ağacın yeri itirilir.

Sakinlər Azərbaycan Respublikasının prezidentinin internet səhifəsinə də şikayət məktubu yazıblar.
Sakinlərin xəbərinə görə, ağacların kəsilməsinə nəzarət edən şəxs özünü yaşıllaşdırma idarəsinin nümayəndəsi kimi təqdim edib.