Sevinc Musayeva 2018-ci ilə belə başladı - AUDİO
Tanınmış müğənni Sevinc Musayeva bu ilin ilk layihəsini təqdim edib.

LEGİON.AZ xəbər verir ki, türkiyəli ifaçı Sezen Aksunun ifasında sevdiyimiz "Siqaramın dumanına sarsam saklasam seni" türk mahnını indi müğənni Sevinc Musayeva oxuyub. Mahnını ifa edən sənətçi bu sözləri deyib:

"1980-ci illərin musiqisi hər zaman ifasını bəyəndiyim və demək olar ki, uşaqlıqdan dinlədiyim mənəvi müəllimim Sezen Aksudan sonra bu musiqini oxumaq bir az məsuliyyət tələb edirdi. Akustik versiyada sadəcə özümçün və özümə məxsus ifa etdim. Sezen Aksudan sonra bunu hələ ki heç kim ifa etməyib".

Qeyd edək ki, akustik qitara Orxan Hüseynə məxsusdur. Mahnının musiqisi Nadir Göktürkə və sözləri Hüsnü Arkana aiddir.

LEGİON.AZ