Renkalı duet -Foto
Oriyental rəqqasələr arasında peşəkarlığı ilə seçilən Renka peşakər darbuka və davul ifaçısı Sultanhüseyn Rzayev ilə bu ilin ilk layihəsini təqdim edib.

LEGİON.AZ -ın məlumatına görə, musiqisi Alafsar Rəhimov və aranjimanı Rabil Səfərliyə məxsus ritmik kompozisiya “My heart beat” adlanır.

Sultanhüseyn davul ifaçının müşayiəti ilə ərsəyə gələn kompozisiyadan danışan Renka bunları deyib:

“Bununla kifayətlənmək fikrim yoxdur. Hər gün daha yeni kompozisiyalar üzərində işləyirik. Hər dəfə yeniliklər etməyə çalışıram. Necə deyərlər, özüm özümlə yarışıram”.

LEGİON.AZ