Qoşqar Təhməzlinin həmyerlisi Xaliq Abbasov kimdir?
Ötən yazımızda Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin olunan Qoşqar Təhməzli barədə oxucularımıza məlumat vermişdik.

Məlumatda bildirilirdi ki, o Təhməzov soyadını dəyişərək Təhməzli olub və bu da səbəbsiz deyil. Soyadın dəyişilməyi onun qardaşları Fərhad və Atəş tərəfindən əvvəlcədən hazırlanmış bir plan olub: “Google axtarış sistemində Qoşqar Təhməzli yazanda onun haqda demək olar ki, heç bir ciddi məlumat tapmaq olmur. Qoşqar Təhməzov yazanda isə onun barəsində çoxsaylı informasiyalara rast gəlmək olur.

Misal üçün ilk rast gələn məlumatda Qoşqar Təhməzovun Fərhad Təhməzovun qardaşı olduğu bəlli olur.

Fərhad Təhməzovun isə vaxtı ilə Qaçqınkomda keçmiş deputat Ayaz Orucovun yerinə (Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru vəzifəsinə) təyin olunması və sonradan -2016-cı ildə isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə direktor təyin olunması barədə ölkə mətbuatından oxumaq olar.
 

Bundan başqa ölkə mətbuatında Fərhad Təhməzovun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yarıtmaz fəaliyyəti barədə də çoxsaylı xəbərlərə rast gəlmək olur.
 

Məsələn, bildirilir ki, Fərhad Təhməzov qazandığı milyonlarla, qardaşları Atəş və Qoşqar Təhməzovlar vasitəsi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurmağa nail olub.
 

Qoşqar Təhməzovun elə əvvəldən həkim olduğu bu ailəni tanıyanlara bəllidir. Və sonradan qardaşı Fərhad Təhməzovun köməkliyi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurub oliqarxa çevrilməyi də onun yaxın ətrafından mətbuata sızan məlumatların sırasındadır.
 

Q.Təhməzovun Almaniyadan ölkənin səhiyyə sahəsi üçün gətirdiyi avadanlıqlar barədə məlumatlar onun yaxın ətrafı tərəfindən mətbuata verilib. Hətta sonda Q.Təhməzovun Qoşqar Təhməzli olmağı da qardaşlar tərəfindən əvvəlcədən qurulan bir plandır. Bu ona görə edilib ki, “Google”da onun fəaliyyətini araşdıran jurnalistlər axtarış verəndə qarşılarına Qoşqar Təhməzli adı çıxsın, hansının ki, guya Fərhad və Atəş Təhməzovlarla heç bir əlaqəsi yoxdur”.
 

Keçən yazımızda həmçinin qeyd etmişdik ki, 365info.az saytına daxil olan məlumata görə Qoşqar Təhməzlinin bu yüksək vəzifəyə təyin olunmasına sevinənlərdən biri də ona yaxın olan həmyerlilərindən biridir: “Həmin şəxs barədə əldə etdiyimiz məlumata görə, onun banklara 4-5 milyona yaxın borcu var və o böyük ümidlə Qoşqar Təhməzlinin rəhbərlik etdiyi dövlət agentliyinin köməkliyi ilə banklara olan borclarını silmək istəyir.
 

Qeyd edək ki,bu şəxs Təhməzov qardaşlarının üçünün də qulluğunda duran adamdır. Bu adam dövlət qulluğunda olub yüksək vəzifə tutan yaxınlarından bəhrələnməyi sevən və bunu bacaran insandır.
 

Misal üçün bu şəxsin dövlət işinə heç bir aidiyyatı olmasa da o “AA” seriyalı avtomobillərdə arxa oturacaqda oturur və belə gəzməkdən həzz alır.

365info.az saytına daxil olan məlumata görə həmin şəxsin ali savadı olmasa da Qoşqar Təhməzli vəzifəyə təyin olunan kimi, savad dalınca düşənlərdən biri də o olub. Neçə vaxtdır ki, “AA” seriyalı avtomobillərində arxa oturacaqda oturub gəzən bu şəxsə bu yaxınlarda sual veriblər ki, “bax birdən Qoşqar sənə də vəzifə təklif etdi, bəs sən o vəzifəyə savadın olmaya-olmaya necə təyin olunacaqsan? Qoşqara deyəcəksən ki, adımı hansısa təhsil ocağına yazdıraram, ancaq oranı mən nə vaxt oxuyub qurtaracağımı bilmirəm?! “

Bundan başqa oxucularmıza Qoşqar Təhməzlinin həmyerlisi olan həmin maraqlı persona barədə məlumat verməyi söz vermişdik.

Qoşqar Təhməzlinin həmyerlisi Xaliq Abbasov kimdir?
 

365info saytına daxil olan məlumata görə Qoşqar Təhməzlinin banklara 4-5 milyona yaxın borcu olan həmin həmyerlisi “Şurataz LTD” şirkətinin rəhbəri Xaliq Abbasovdur . Xaliq Abbasov haqda araşdırma aparanda onun haqqında mətbuatda maraqlı məlumatlara rast gəldik.

Belə ki, ölkə mətbuatında onun barəsində dərc olunan yazıların birində bildirilir ki,“Xaliq Abbasov “IFO Tire LTD” və digər ofşor şirkətləri vasitəsilə beynəlxalq ticarət əməliyyatlarında pul “itirmək”, külli miqdarda valyutanı Azərbaycandan kənarda müxtəlif ofşor banklara köçürməklə məşğuldur: “Müqavilə bağladığı xarici şirkətlər ona Azərbaycanda satmaq üçün ucuz qiymətə mal verirlərsə, Xaliq Abbasov “IFO Tire LTD” vasitəsilə bu təkərlərin böyük hissəsini Poti limanındaca re-eksport edərək, başqa ölkələrə göndərir. Distribüter “Şurataz LTD” olduğu halda, “IFO Tire LTD” tranzit şirkəti olaraq, bütün əməliyyatları həyata keçirir və Azərbaycan üçün nəzərdə tutulan təkər partiyasının böyük qismini Sloveniya, Türkiyə, Almaniya, Niderlanda re-eksport edir”, – deyə mənbə qeyd edir.

İlk baxışdan, re-eksportda pis heç nə yoxdur, lakin məsələ ondadır ki, Xaliq Abbasovun sahibi olduğu “Şurataz LTD” şirkəti “Goodyear”, “Michelin” və “Continental” şirkətlərinin Azərbaycanda distribüteri kimi, onun öhdəliyi adıkeçən şirkətlərə aid məhsulları Azərbaycana çatdırmaq və bu ölkədə satmaqdan ibarətdir. Lakin Xaliq Abbasov istehsalçıların məlumatı olmadan, onlardan aldığı məhsulları kiçik partiyalarla başqa ölkələrə aparır və Azərbaycan üçün nəzərdə tutulan qiymətdən də baha satmaqla külli miqdarda pul qazanır. Halbuki, istehsalçının xəbəri olmadan, bir ölkənin distribüteri başqa ölkəyə re-eksport etməklə beynəlxalq iqtisadi cinayət törətmiş olur”.
 

Mənbənin bildirdiyinə görə Xaliq Abbasov yaxın ətrafının yanında danışır ki, Qoşqarla yaxın dostluq münasibətləri qurmaq üçün ona və onun yaxınlarına bir milyondan çox dəyərində bahalı hədiyyələr edib. Bu hədiyyələrdən sonra o Qoşqarla dostluq münasibəti qurmağa nail olub və onun vəzifəyə təyin olunmağını səbirsizliklə gözləyib.

Bildirilir ki, Xaliq Abbasov banklara olan borcunu elə yeni yaradılan agentlikdə görülən işlər vasitəsi ilə bağlamaq istəyir.

365info-nun əldə etdiyi məlumata görə bu cür milyonluq jestlər etmək Xaliq Abbasov üçün ilk dəfə deyil.
 

Qoşqar Zeynalovdan əvvəl Xaliq Abbasov bu cür hədiyyələri “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin kürəkəni Nicata və sürücüsünə edərək , Pirverdiyevin rəhbərlik etdiyi təşkilatın avtomobil qarajına real qiymətindən qat-qat baha qiymətə avtomobillərin ehtiyat hissələri, avtomobil təkərləri, akkumulyatorlar, mühərrik yağları verilməsinə nail olmuşdur. Bu xəyanət uzun illərdi Xaliq Abbasov və Etibar Piriverdiyevin sürücüsü tərəfindən həyata keçirilmişdir. Bu işdən Xaliq Abbasovla Etibar Pirverdiyevin kürəkəni Nicat və sürücüsü elə böyük qazanc əldə etmişdilər ki, hətta təkər alverçiləri tərəfindən “Rokfeller” ləqəbi verilən sürücü ailəsi ilə birlikdə İtaliyanın ən bahalı istirahət mərkəzlərinin birinə istirahətə gedib. Nazirdən iki həftəlik icazə almaq üçünsə sürücüsü ona yalandan səhhətində problem olduğunu və təcili müalicəyə ehtiyacı olmasını bildirmişdir. İtaliyada başında şlyapa, əynində “qavayski” şortik hovuzun qırağında dincələndə isə onun heç ağlına gələ bilməzdi ki, orda o Etibar Pirverdiyevin müavinlərindən birinə rast gələcək. Və müavin sürücüdən tez istirahətini başa vurub Bakıya qayıdan kimi Etibar Pirverdiyevə məlumat verib ki, onun sürücüsü İtaliyada ən bahalı istirahət mərkəzlərinin birində istirahət edir. Etibar Pirverdiyev də öz növbəsində sürücüsü Bakıya qayıdanacan avtomobil qarajında yoxlama apararaq Xaliq Abbasov tərəfindən qaraja verilən malların hesabatını apararaq real qiymətindən bir neçə dəfə baha qiymətə verilən malları aşkar etmişdir.

Etibar Pirverdiyev sürücüsünü işə çağırtdıraraq onu işdən qovmuşdur ,lakin ona qarşı heç bir cəza tədbiri görməmişdir. Çünki sürücü Etibar Pirverdiyevə bildirmişdir ki, onu Xaliq Abbasovla kürəkəni Nicat tanış etmişdir və Xaliq Abbasovun qaraja verdiyi malları real qiymətdən baha qiymətə qəbul edilməyini o tapşırmışdır. Bir sözlə Etibar Piriverdiyev anlamışdır ki, Xaliq Abbasovun bahalı hədiyyələrindən bəhrələnən təkcə sürücüsü yox,hətta kürəkəni Nicat da olub. Ancaq sonda Etibar Pirverdiyev işçilərinə tapşırmışdır ki,Xaliq Abbasov təşkilatda bir daha onun gözünə görünməsin.

Əli “Azərenerji” dən üzülən Xaliq Abbasov bundan sonra üz tutur Sumqayıt Gömrük İdarəsinə. Orda onu Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənovla tanış edirlər. Və Xaliq Abbasov başlayır malın dəyərindən az qiymətə invoys yazdırıb mallarını gömrükdə sənədləşdirməyə.

Xaliq Abbasovun adı SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun biznes şəbəkəsində də hallanır. “Şurataz LTD”nin rəhbəri Xaliq Abbasov Mikayıl İsmayılovla yaxın dost olduğu üçün SOCAR-ın nəqliyyat idarəsinə baha qiymətə şin satır, nəticədə milyonlarla manat pul qazanıb: ”Şirkətin rəsmi saytı “shurataz.az”da şirkətin sahibi Xaliq Abbasov haqqında heç bir məlumat yoxdur. “İki ildir SOCAR-ın Nəqliyyat İdarəsini müxtəlif avtomobil şinləri ilə təmin edən “Şurataz LTD” əslində, məhsulu dövlətə 80-100 faiz baha qiymətə satır.
 

Məsələn, 315-80R-22,5 ölçülü şinin bazar qiyməti 300 manatdır, lakin bu, SOCAR-a 500 manata satılır. Bu cür bir çox nümunə təqdim edə bilərik. Bu işlərdə də Xaliq Abbasov müxtəlif maxinasiyalara yol verir və vergilərdən yayınır. Ölkədə daha ucuz şin sata biləcək şirkətlər kənarda qalır, lakin Mikayıl İsmayılovun protejesi SOCAR-ın əsas tərəfdaşlarından biri kimi çıxış edir.

Bundan başqa, X.Abbasovun “İFO Tire LTD” şirkəti, Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”ini dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda “İFO Tire” LTD ilə “Şurataz LTD” arasında alqı-satqı reallaşdırır. Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir”.

Həmçinin qeyd olunur ki, Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var: “Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib. Belə ki, təkər idxalı zamanı “invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur.

Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni “parlayan” monopolistə çevrilib”.
 

Əlbəttə ki, sonda bu işlərin də üstü açıldı və o bu cür hərəkətləriylə idarə rəisi Vəzir Həsənovu çox pis vəziyyətdə qoydu.

Qeyd edək ki, onun elədiyi işlər bununla bitmir. Belə ki,bu cür yollarla pul qazanan bu şəxs, ölkə mətbuatının yazdığına görə Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakovun qohumları ilə yaxın münasibət qurub: “Ukraynanın daxili işlər naziri, milliyətcə erməni olan, keçmiş bakılı Arsen Avakovun bacısı qızı İrina Kasalap tez-tez Bakının qonağı olur. Daha dəqiq desək, erməni qızı biznesmen Xaliq Abbasovun dəvəti ilə paytaxtımıza təşrif buyurur.Ukraynanın daxili işlər naziri Arsen Avakovun bacısı qızı Bakıda təmtəraqla qarşılanır. Onu Bakıda Xaliq Abbasovun sürücüsü və cangüdənləri AA və PP seriyalı sedan “Lexus”larda və CİP-lərdə təmtəraqla gəzdirirlər. Ola bilər ki, sürücü və cangüdənlər qonağın erməni olduğunu bilmirlər, ya da “patron”larının xatirinə “erməniyə dayı de” məsəlinə baş əyirlər.

Mənbənin söylədiyinə görə, Xaliq Abbasov İrina Kasalap adlı erməni qızını nəinki Bakı, hətta ölkəmizin bir çox gözəl guşələrinə gəzməyə aparır, onun qulluğunda can-başla durur. Hətta daxil olan məlumatda Xaliq Abbasovun erməni qızına Ukraynada yeni inşa edilən 200 min dollarlıq ev aldığı, İrinanı Avropa ölkələrinə gəzintiyə apardığı da bildirilir.

Məlumat üçün bildirək ki, Xaliq Abbasov Bakıda və ölkəmizin şimal bölgəsində böyük biznesi olan şəxsdir. Bundan əlavə bu şəxs xeyli müddətdir ki, qanunsuz “pul perevod”ları ilə məşğul olur.

Eyni zamanda etibarlı mənbənin bildirdiyinə görə bir müddət əvvəl Xaliq Abbasovun mallarının topdan satışını təşkil edən Elsevər adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bunu eşidən Xaliq Abbasov bərk təşvişə düşüb.
 

Növbəti yazımızda erməni qadına mehr-məhəbbət salmış biznesmenin şirkətinin qaçaqmalçılıq yolu ilə təkər gətirməsinə də aydınlıq gətirəcəyik.
 

İndi isə bu məlumatlara bir qədər aydınlıq gətirək. Birincisi ondan başlayaq ki, Xaliq Abbasov hazırda erməni işğalı altında olan Zəngilan rayonunda doğulub boya-başa çatıb.. .

Bəs doğma yurdu, kəndi erməni işğalı altında olan Xaliq Abbasovun ürəyindəki erməni sevgisinin kökündə nə dayanır?
 

Xaliq Abbasov hər gün şəhid olan Azərbaycan oğullarının tabutunu görmür..?

Əlbəttə, erməni İrinada, dayısı Arsendə Bakıya, Binəqədiyə, hətta neft buruqlarına sevgi-məhəbbət, hətta maraq ola bilər. Bəs yurdu xaraba qalan Xaliq Abbasovda erməniyə qayğı, sevgi haradan gəlir?

Bəlkə, Xaliq Abbasov erməni Akopa dayı demək istəyir..? Qoy bu suallara Xaliq Abbasov özü cavab versin”. (RealMedia.az)
 

365info saytının əldə etdiyi məlumata görə Xaliq Abbasovun Arsen Avakovun qohumlarıyla yaxın münasibət qurduğu məlumatlar ölkə mətbuatında yer alıb ictimai qınağa çevrildiyi üçün keçən ilin sonları o hüquq-mühafizə orqanları tərəfindən çağırılaraq bir neçə saat dindirilmişdir və ondan ölkə mətbuatında haqqında gedən yazılarla bağlı izahat vermək tələb olunmuşdur.
 

365info saytının əldə etdiyi digər məlumata görə təxminən üç il əvvəl Ukraynada Xaliq Abbasovun erməni əsilli şəriki Ermənistanda olan vaxt ordan Xaliq Abbasovun mobil telefonuna zəng edib. Əlbəttə ki, bu zəngi MTN nəzarətə götürərək MTN-nin Zəngilan şöbəsinə göndərmişdir,Xaliq Abbasov MTN-nin Zəngilan şöbəsinə çağırılıb orda bir neçə saat dindirilmiş və onun izahatı alınmışdır.

Bu günləri isə bu şəxs Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə dostluq münasibəti qurub.

Keçən yazımızda da qeyd etmişdik ki, son vaxtlar Qoşqar Təhməzliynən bir yerdə tez-tez Avropaya gedən də Xaliq Abbasov olur.

Şamil Əfəndi

365İNFO.AZ