“Ailəmizə məxsus mülk sabiq deputat tərəfindən zəbt olunub” – ŞİKAYƏT
“Sizdən artıq dərəcədə xahiş edirəm ki, Beyləqanın eks deputatı Ayaz Orucovun ailəmizə qarşı törətdiyi bu mənimsəmə əməlinin ictimaiyyətə çatdırılmasında əlinizdən gələn köməkliyi əsirgəmiyəsiniz”.

Bunu Versus.Az-a Beyləqan rayonunun Əlinəzərli kənd sakini Ruhid Məhəmməd oğlu Əliyev bildirib.

Ruhid Əliyev şikayət məktubunda bildirib ki, Beyləqan şəhərinin mərkəzində, AİLƏSİNƏ MƏXSUS, mərhum atasından miras qalmış mülk, Beyləqan rayonunun eks deputatı Ayaz Orucov tərəfindən qanunsuz olaraq zəbt olunub. Şikayətçi əlində ərazinin ailəsinə məxsus olmasını təsdiq edən sənədlərin olduğunu bildirib.

R.Əliyev şikayətində qeyd edib ki, Ayaz Orucov deputat olarkən rəhbərlik etdiyi Hidromaş şirkətinin vasitəsiylə, Rayon İcra Hakimiyyətinin musiqi məktəbi üçün ayırdığı təxminən 1 hektara yaxın torpaq sahəsini dövlətdən oğurlayaraq orda özü üçün imarət tikdirib. R.Əliyev ailəsinə qarşı olan bu haqsızlığın 2014-cü ildə baş verdiyini və bu günə qədər də həllini tapmadığını deyib:

“Ayaz Orucovun musiqi məktəbi tikdirmək bənahəsi ilə dövlətdən oğurladığı torpaq bizim mülkümüzə yaxın olduğu üçün orada tikdirdiyi qəsrin həyətini genişləndirmək üçün ailəmizə məxsus olan torpağı da zorla əlimizdən alaraq qəsrinin həyətinə qatıb. O vaxdan yerli və mərkəzi hüquq mühafizə orqanlarına, icra aparatlarına şikayətlə müraciət etsək də, hələ də Ayaz Orucovun bu qanunsuz hərəkəti nəticəsiz qalıb. Vəzifəli doslarının sayəsində ona “gözün üstə qaşın var” deyən olmayıb.  Ölkə rəhbərinə dəfələrlə yazdığımız şikayətlər ünvanına çatmadığından nəticəsiz qalıb.

Xahiş edirəm Ayaz Orucovun ailəmizə qarşı törətdiyi bu əməlinin ictimaiyyətə çatdırılmasında əlinizdən gələn köməkliyi əsirgəmiyəsiniz”.

LEGİON.AZ