Seyran: "Möhtəşəm olacaq..."
Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanovdan yeni xəbər var.

LEGİON.AZ  -a danışan ifaçı istirahətə yox deyib, ancaq konsertə hazırlaşacaq: "Bu yaz, mart ayında “Spirit of Caucasus” (Qafqazın ruhu) adlanan yeni şou konsert proqramı ilə çıxış edəcəm. Konsertin musiqi rəhbəri özüməm. Hazırlıq ərəfəsində bütün çəkilişlərdən imtina etmişəm. Bütün vaxtımı musiqiçilərlə birgə məşqlər gedir. Konsert boyu 2-3 fərqli və maraqlı geyimlərdə olacağam. Neçə aylardır eskizlər üzərində işlər gedir. İstəyirəm hər şey çox gözəl olsun. Konsertdə böyük bir komanda çalışır. Repertuarımda azərbaycanın xalq mahnıları yeni aranjımanda ifa olunacaq əminəm ki, hər kəs özünü bu konsertdə rahat hiss edəcək. Konsert sürprizlərlə dolu olacaq, möhtəşəm olacaq sadəcə çox məlumat vermək istəmirəm".

Pop star Seyran beynəlxalq layihəsi ilə bağlı bildirib: "Həyatımın konsertinə hazırlaşıram. Onu deyə bilərəm ki, belə konserti hələ heç bir həmkarım etməyib. Bu, ilk dəfə mənim adımla bağlıdır. Bu konserti bir neçə avropa şəhərlərində verməyi planlaşdırırıq".

LEGİON.AZ