Yeganə Sadıxovanın geyimləri Parisdə - FOTO
Yanvarın 25-də dünyada modalar şəhəri kimi məşhur olan Parisin möhtəşəm “Hotel de Crıllon” hotelində şərq geyim modalarınınfestivalı keçirilib. Tədbirdə ölkəmizi tanınmış modelyer Yeganə Sadıxova təmsil edib.

LEGİON.AZ-a müsahibəsində festival haqqında məlumat verən Y.Sadıxova deyib:

“Mən bu il birinci dəfədir ki, Parisdə öz yeni kolleksiyamı nümayiş etdirirəm. “Oriental Fashion Shou“, adından da göründüyü kimi, şərq üslibunda hazırlanan modaların təbliği məqsədilə daşıyan festivaldır. Ümumilkdə, festivalın ab-havası xoş təsir bağışlayırdı. Buna səbəb bütün kolleksiyaların zənginliyi və gözəl parçalardan hazırlanması idi.

Festivalda nümayiş olunan kolleksiyalarım vasitəsilə əl işindən, ipək parçalardan, buta naxışlardan hazırlanmış geyimlər təqdim etdim. Onların bir çoxu həm tamaşaçıların, həm də mətbuatın marağına səbəb oldu. Nümayişdən sonra mənə ünvanlanan çoxsaylı suallar bu maraqdan xəbər verirdi.

Eyni zamanda, tamaşaçılar Azərbaycana xas milli geyim üslubunun Şərq ölkələrinin milli geyimlərindən nə ilə fərqləndiyini bilmək istəyirdilər. Mən onlara bu fərqi izah etdim. Belə ki, Azərbaycan milli geyimlərinin özünəməxsus, təkrarolunmaz elementləri var və heç bir Şərq ölkəsinin geyimləri ilə istər görünüş, istərsə də məzmun baxımından üst-üstə düşmür. Mən kolleksiyalarımda hər zaman Avropa üslubu ilə milli üslubu sintez şəkildə təqdim etməyə çalışıram. Ona görə də hazırladığım geyimlər çox dəbdəbəli görünür”.

Belə möhtəşəm tədbirdə iştirak etməsini çox əlamətdar hadisə kimi dəyərləndirən söhbətini belə tamamladı:

“Mənə Azərbaycanı, onun geyim mədəniyyətini fransızlara yaxından tanıtmaq səadəti nəsib olduğuna görə sevinir və qürur hissi keçirirəm”.

Qeyd edək ki, Yeganə Sadıxova Fransanın Kan şəhərində keçiriləcək beynəlxalq festivalında iştirak üçün dəvət olunub.

LEGİON.AZ