Samir Bağırov keçmiş sevgilisinə mahnı həsr etdi
İllər sonra səhnəyə geri dönməyə qərar verən müğənni Samir Bağırov  keçmiş sevgilisinə  mahnı həsr edib.

LEGİON.AZ xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan "V element" verilişində etiraf edib.

"Yeni mahnımı keçmiş sevdiyimə həsr etmişəm. Bu o demək deyil ki, sevginin əleyhinəyəm. Hesab edirəm ki, sevgi bu həyatı idarə edir. Amma mən bir insanın digər insana sevgisini nəzərdə tutmuram. Ümumi sevgidən danışıram, qlobal mənada".

LEGİON.AZ