Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək
Yanvarın 31-də bu ilin ilk Ay tutulması hadisəsi qeydə alınacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xezerxeber.az-a bildirilib ki, bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılacaq.

Qeyd edək ki, iyulun 28-də baş verəcək Ay tutulması isə Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da başa çatacaq. Bu Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq.

LEGİON.AZ