Bakıda “Fərəh” MTK-nın binasından yıxılan fəhlə ölüb
Bakıda yeni tikilən binadan yıxılan fəhlə ölüb

LEGİON.AZ 
“Report”-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Məlumata görə, “Fərəh” MTK-nın inşa etdirdiyi binada fəhlə işləyən Zahir Hüseynov yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər Z.Hüseynovun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

LEGİON.AZ