“Xəzər İnşaat” MTK şikayətçi sakinlərə təzyiq edir – ÖZƏL
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivində yerləşən 4-ü 12 mərtəbəli, 3-ü isə 7 mərtəbəli olan binaların yanğın təhlükəsizliyi çıxışı bina rəhbərliyi tərəfindən özbaşınalıq yolu ilə bağlanılması ilə bağlı sakinlərin şikayətini dərc etmişdik. Şikayətin dərc olunmasından sonra “Xəzər İnşaat” MTK şikayətçi olan sakinlərə təzyiq göstərməyə başlayıb.
Yazını ətraflı buradan oxuya bilərsiniz: “Xəzər İnşaat” MTK sədri bina sakinlərinin yolunu bağladı: Sakinlər ayağa qalxdı – ŞİKAYƏT 
“Şikayətçi olan sakinlərə təzyiq göstərək işıqlarını kəsiblər”.
LEGİON.AZ xəbər verir ki, bununla bağlı BiG.AZ-a müraciət edən bina sakini Ramil İbrahimov qanunsuz olaraq işığının kəsildiyini deyib: “Sizə və Fövqəlada Hallar Nazirliyinə müraciət edəndən sonra nazirliyin nümayədələri gəldilər, həmin qapını açdılar. Fövqəlada Hallar Nazirliyinin nümayəndələrindən şikayətçinin kimi olduğunu soruşanda mənim adımı deyiblər. Mənim adımı onlara deyəndən sonra mənə təzyiq ediləməyə başladı və işıqlarımızı kəsdilər”.
Ramil İbrahimov qeyd edib ki, yay aylarında “Xəzər İnşaat” MTK-nın müdüriyyəti onun əvəzinə 1000 (min) manat kredit ödəsə də, şikayətçi olduğu üçün həmin pulu tələb edirlər: “Mənim əvəzimə 1000 manat kredit ödəmişdi. Mən də bunun əvəzində ərizə yazmışdım ki, həmin məbləği hər ay ödəyəcəm. 112-yə şikayətdən sonra mənim işıqlarımı kəsdilər. Komendanta zəng eləyib soruşandakı işıqlar niyə yanmır. Deyir ofisə müraciət edin. Ofisə gedəndə rəhbərlik məni qəbul etmədi. Mən də orada kredit işinə baxan Kamranla görüşdüm. O da mənə etdiyim şikayətə görə işığımın kəsildiyini söylədi. Onun mənim işğımı kəsməyə ixtiyarı yoxdu. Dedi borcunu ödə işığını yandıraq. Məndə kredit borcumu tam ödədikdən sonra işıqlarım yandırıldı”.
Ramil İbrahimov bu evi kvadratı 1460 manata tam istilik sistemi ilə təmin olunmuş şəkildə aldığını vurğulayıb: “Müqaviləmdə də var. Amma 6 aydan sonra onlar istilik sistemini kəsib. Qazanxanaları bağladılar. Sakinləri də kombi almağa məcbur edirlər. Kreditlə kombi satırlar. 15 qonşu birləşib etiraz ediblər. Həmin qonşulara şikayət etməsinlər deyə sistilik sistemini “Xəzər İnşaat” MTK-nın özü qoyub. Amma mən 900 manat ödəmişəm. Bundan əlavə hər ay kommunala görə pul ödəyirəm. 13 manat bir otaqlıdan, 18 manat 2 otaqlıdan, 20 manatdan çox da 3 otaqlılardan alırlar. Bu pulun müqabilində isə bütün binanın arxası, qarşısı zibilxanadır. Tez-tez liftləri işləmir. Bizdən alınan kommunl pullar hara sərf edilir, bilmirik. Mən kombiyə görə ödədiyim 900 manat pulu və hər ödədiyim ödənişi geri tələb edirəm”.
Big.az saytı bununla bağlı Kristal Abşeron şirkətinə rəsmi sorğu göndərsə də hələ də cavablandırılmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

LEGİON.AZ