Aygünün paltarını məşhur modelyer hazırlayıb - Qiyməti isə...
Xalq artisti Aygün Kazımovanın “Bəxt üzüyü 2” filminin qala gecəsinə geyindiyi paltar hər kəsin diqqətini çəkib. 

LEGİON.AZ  xəbər verir ki, boyun və bilək nahiyələri mirvarilərlə işlənən, məxməri parçadan hazırlanan qara rəngli libas Türkiyədə yaşayan azərbaycanlı modelyer Rüfət İsmayılın imzasını daşıyır.

47 yaşlı Kazımova həmin libası qara rəngli kürklə uyğunlaşdıraraq maraqlı bir obraz yaratmağa çalışıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən libas 1400 ABŞ dollarınadır (2380 AZN ).

LEGİON.AZ