Məşhur milyarder Bakıdakı mülklərini satışa çıxardı – MİLYONLUQ OBYEKTLƏR
Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb.
LEGİON.AZ  Lent.az-a istinadən xəbər verir ki, biznesmenə məxsus “Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında (“Milyonerlər məhəlləsi” adlanan ərazi) yerləşən 4 mərtəbəli ofisi satışa çıxarılıb. Ofisə ilkin olaraq 5 milyon manat qiymət qoyulub.
Bildirilir ki, Mübariz Mənsimova məxsus olan Bakıdakı digər obyekt və yaşayış sahələri də satışa çıxarılıb. Onlar arasında Təbriz küçəsindəki çoxmərtəbəli binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri də var.
Biznesmen Bakıdakı mülklərinin satışı işini bacısının həyat yoldaşı, tanınmış biznesmen Aşur Ağayevə tapşırıb.

LEGİON.AZ