Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

LEGİON.AZ-ın 
AzərTAC-a istinadən xəbərinə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.

LEGİON.AZ