"265 min nəfərə dövlət hesabına ev verildi" - İlham Əliyev
"Azərbaycanda 265 min nəfər dövlət hesabına mənzillə təmin olunub”.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupu ilə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib və bu kateqoriyadan olan insanlar arasında yoxsulluq, işsizlik səviyyəsi çox yüksək idi: "Biz bunu xeyli azalda bildik. Onları layiqli işlə, mənzillərlə təmin etdik. 265 min nəfər dövlət hesabına mənzillə təmin olundu. Bu proses indi də davam edir”.

LEGİON.AZ