Türkiyəli ifaçı Aygün Kazımovanın məşhur "Yenə tək" mahnısını oxudu
Xalq artisti Aygün Kazımova Türkiyədə türk həmkarlarında özünə qarşı maraq yaratmağı bacarıb.

LEGİON.AZ -in məlumatına görə, azərbaycanlı ifaçının mahnılarını türk sənətçiləri öz repertuarlarına daxil edirlər.

Bu yaxınlarda türkiyəli müğənni  Mustafa Eren İstanbuldakı klub konsertində Xalq artisti Aygün Kazımovanın repertuarından “Yenə tək” mahnısını ifa edib. Qeyd edək ki, sözləri meyxanaçı Namiq Qaraçuxurluya, musiqisi Minayə xanıma məxsus olan “Yenə tək” mahnısını daha öncə Ajda Pekkan və Müslüm Gürsəs da səsləndirib.

LEGİON.AZ