Daha bir aptek müdiri həbs olundu
“Qafqaz Xəbər” qəzetinə daxil olan məlumata görə, vətəndaşın ərizə ilə müraciəti əsasında bu gün Bakı şəhər prokurorluğunun və Səhiyyə Nazirliyi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 11A ünvanında yerləşən “Çinar Farm” şirkətinə məxsus aptekin müdiri Qasımov Natiq İdiris oğlu, külli miqdarda güclü təsiredici dərmanların qanunsuz satışı ilə məşğul olduğuna görə, AR cinayət məcəlləsinin 240.3.2-308.2 maddəsi ilə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir.