Böyük Səhraya qışın ikinci qarı yağdı — VİDEO
Böyük Səhraya ikinci dəfə qar yağıb.

"Ölkə.Az" xəbər verir ki, təbiət hadisəsi Əlcəzairin şimal-qərbindəki Ayn-Sefna şəhərində müşahidə edilib. Yerli mətbuatın xəbərinə görə, qış girəndən ikinci dəfədir ki, səhraya qar yağır. Bu vaxta qədər regionda 30 il qar yağmayıb.

Ayn-Sefra rayonunda yay aylarında tempratur 37 dərəcəyə qədər artır. Qışda isə bəzən sıfır dərəcəyə qədər yaxınlaşa bilər.

LEGİON.AZ