Evi yanan qonşusuna kömək edirdi, ayağı kəsildi - VİDEO
Zaqatalanın Lahıc kəndində, kənd sakini Vilayət Əliyevə məxsus ümumi sahəsi 165 kv/m olan, birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
ARB TV xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin 3 otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə və evin dam örtüyünün 80 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Alovun söndürülməsində köməklik edən qonşu, 24 yaşlı Cavidan Muradovun sağ baldır nahiyəsini pəncərə şüşəsi kəsib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılan Cavidan Muradova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Daha bir yanğın isə Sumqayıtda olub. Ümumi sahəsi 70 kv/m olan, birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. 1 nəfər yanığ xəsarətləri alıb.
Faktlarla bağlı araşdırma aparılır.

LEGİON.AZ