"Renka Black Angel Party" - Foto
Tanınmış rəqqasə Renkanın doğum günü olub.

LEGİON.AZ
xəbər verir ki, ötən gün ad gününü qeyd edən cazibədar  rəqqasə Renka şəhərin qlamur məkanlarının birində özünə "Renka Black Angel party" keçirib. 33 yaşını qeyd edən  Renka ətrafına ən yaxın dostlarını eləcə də ailə üzvlərini toplayıb.

Renkaya hədiyyə gələn ən özəl gül dəstəsi isə bacısı istedadlı rəssam və dizayner Səadətə məxsus olub.

Renka doğum günü partisindən sonra LEGİON.AZ -a  əziz günündə onu tək qoymayanlara təşəkkürünü bildirib:

“Bu gün mənim üçün çox gözəl, möhtəşəm bir gün idi. Sevdiyim, mənə ən dəyərli insanlar ətrafımda idi. Yanımda olduğunuza görə hər birinizə təşəkkürümü bildirirəm”.

LEGİON.AZ