Aqil Acalov: “Azərbaycan prezidenti İlham Əliyev alternativsiz namizəddir”
İlham Əliyev prezidentliyə alternativsiz namizəddir. Onun malik olduğu potensial və gördüyü uğurlu fəaliyyət göz önündədir. 

LEGİON.AZ 
xəbər verir ki, bunu Azərbaycan Alpaqut Federasiyasının Prezidenti, İqtisadiyyat üzrə fəlsəfə doktoru,ictimai fəal gənc Aqil Acalov deyib. O qeyd edib ki, son 15 ildə Azərbaycan uğurlu inkişafa və tərəqqiyə nail olub: "Güclü ordumuz formalaşdırılıb. Bölgənin iqtisadi-siyasi lider dövlətinə çevrilmişik. Bir sıra uğurlu iqtisadi layihələr prezident İlham Əliyevin zamanında gerçəkəşdi. Bu gün həmin işlər prezident İlham Əliyevin əsas uğurunu təşkil edir. Prezidentin uğurlu daxili-xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Ölkəmizi hər yerdə tanıyırlar.

Məhz buna görə də İlham Əliyev aprelin 11-də keçiriləcək prezident seçkilərində şəksiz qələbə qazanacağı şübhəsizdir.

Təbii ki, bu uğurdan narahat olan qüvvələr var. Onlar Avropanın bəzi dairələrindən maliyyə dəstəyi alaraq, Azərbaycanın əleyhinə iş aparırlar. Dövlətçiliyimzə qarşı çıxan qüvvələr erməni lobbisinin əlində oyuncağa çevriliblər. Bütün iyrənc potensialları ilə gecə-gündüz anti-Azərbaycan təbliğatına qoşulublar. Onları əmin edirəm ki, bu qüvvələrin arzuları ürəklərindən qalacaq. 11 apreldə xalqımız onlara gözəl cavab verəcək. Xain planlar fiaskoya uğrayacaq".

LEGİON.AZ