Aygünlə Zülfiyyə və Tünzalə bir arada - Foto
Fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib. Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunub.

LEGİON.AZ-ın məlumatına görə, tədbirdə münsiflər heyətinin üzvləri küsülü olan xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və əməkdar artisti Tünzalə Ağayeva bir masada əyləşiblər.

Qeyd edək ki, ötən ay türkiyəli müğənni Ajda Pekkanın Heydər Əliyev Sarayında baş tutan konsertdə  xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva barışıq pozları vermişdi.

LEGİON.AZ