Bir ailənin mülkiyyətinə çevrilən dövlət fondu və vəhabilərin yuduqları «çirkli pullar»
 
Köçkünlərin Sosial İnkişafı Fondu Fərhad Təhməzovun və qardaşlarının ailə biznesinə çevrilib?

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sədri Fərhad Təhməzovun Qamət Süleymanovla biznes əlaqələri;

Qoşqar Təhməzov Hacı Qamətin Ərəbistandakı əlaqələrindən istifadə edərək qardaşı “Qaçqınkom”un bir neçə layihəsini onların vasitəsi ilə həyata keçirib; Bərdədə tikilən 7 mərtəbəli binanın 50-dən artıq mənzili köçkün olmayan şəzsə satılıb və həmin mənzillərə order verilib

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun yeni rəhbəri öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Fonda ayrılan dövlət vəsaitlərinin böyük bir qismini mənimsəyirlər.

Bu barədə AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sədri Fərhad Təhməzov qardaşlarını başına yığaraq dövlətin qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün yaratdığı fondu özünün «ailə şirkəti nə» çevirib.

Qeyd edək ki, daha əvvəllər Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna millt vəkili Ayaz Orucov rəhbərlik edirdi. Ayaz Orucovun vəzifədən alınmasının səbəbi rəsmi olaraq açıqlanmasa da, millət vəkilinin məhz Fondda yaratdığı korrupsiya mühitinə görə vəzifədən alındığı heç kimə sirr deyil. Bəzi iddialara görə isə Ayaz Orucov Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəzəbinə tuş olub. Ayaz Orucovun yerinə təyinat alan Fərhad Təhməzovun Əli Həsənova yaxın şəxs olması da bu iddiaları daha da gücləndirir.

Fərhad Təhməzov fonda təyin olunarkən hər şeydən əvvəl fondun fəaliyyətindəki korrupsiyanın azalması gözlənilsə də, gözləntilər özünü doğrultmadı. Belə ki, elə ilk günlərdən “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olan Fərhad Təhməzov qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələrin tikilməsi üçün ayrılan vəsaitlər üzərində nəzarəti ələ keçirib. Həmin qəsəbələrin tikintisi zamanı isə mal və materialların, həmçinin əmək qüvvəsinin qiymətlərini bir neçə dəfə şişirtməklə külli miqdarda korrupsiyaya yol verdiyi qeyd olunur. Qeyd edək ki, qəsəbələrin tikilməsi üçünsə vəsaiti Dövlət Neft Fondu verir. Ümumiyytlə isə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun əsas fəliyyətini Dövlət Neft Fondu maliyyələşdirir. Və bu gün Fərhad Təhməzovun vəhabilərin köməyi ilə «yuduğu» korrupsiya pulları da məhz Dövlət Neft Fondunun, yəni birbaşa Azərbaycan xalqının pullarıdır.

AzMedia.info-nu məlumatlandıran mənbənin sözlərinə görə Tikilən binalara ayrılan vəsaitin demək olar ki, yarıdan çoxu mənimsənilir. Fərhad Təhməzov özü məmur olduğu üçün mənimsədiyi milyonları qardaşlarının vasitəsilə özəl sahəyə yönəldir. Belə demək mükünsə, Fərhad Təhməzov “çirkli pulları” qardaşları vasitəsilə “yuyur”.

Mənbə bildirir ki, Fərhad Təhməzovun qardaşlarından biri Ataş Təhməzov tikinti sahəsində, digər qardaş Qoşqar Təhməzov isə səhiyyə sahəsində kommersiya fəaliyyəti ilə məşğul olurlar. Neft Fondundan ayrılan pulların böyük əksəriyyəti də məhz Fərhad Təhməzovun qardaşlarının kommersiya qurumlarına yönləndirilir. Yəni Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu öz xərcləmələrini bir qayda olaraq Ataş və Qoşqar Təhməzovun kommersiya qurumları vasitəsi ilə həyata keçirirlər. Amma bu xərclərin daha qaranlıq tərəfi də var. Belə ki, Fərhad Təhməzovun qardaşı Qoşqar Təhməzov “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun yaxın dostudur və biznes şərikidir.

Qamət Süleymanov

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun vəsaitlərinin bir hissəsi də vəhabilərin Azərbaycandakı kommersiya qurumlarında “yuyulur”. Məlumata görə, Qoşqar Təhməzov Hacı Qamətin Ərəbistandakı əlaqələrindən istifadə edərək qardaşı Fərhad Təhməzovun “Qaçqınkom”dakı bir neçə layihəsini onların vasitəsi ilə həyata keçirib.

Həmçinin AzMedia.info-ya daxil olan məlumata əsasən Fərhad Təhməzov “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olaraq Bərdədə də salınmış yeni qəsəbədə evlərin paylanması zamanı mənzillərin bir çoxunu satıb. Belə ki, Elman İsmayılıov və Fərhad Təhməzov 7 mərtəbəli binanın 1-ci və 7-ci mərtəbəsində olan mənzilləri qanunauyğun şəkildə, püşkatma yolu ilə, paylayıblar. Amma 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı mərtəbədəki mənzilləri köçkün olmayan şəxslərə satıblar. 2 otaqlı mənzillərin 5000 manata, 3-4 otaqlı mənzillərin isə 7000 manata satıldığı bildirlir.

Məlumatlı mənbəninin sözlərinə görə, alıcıların böyük əksəriyyəti köçkün olmayanlardır və onların da bir qismi orduda qulluq edən zabitlərdir. Həmin binada 50-yə qədər mənzil alan şəxsin isə köçkünlərlə heç bir əlaqəsi orlmadığı qeyd olunur. Həmin mənzillərə isə artıq order verildiyi bildirilir.

Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.pia.az