6 yaşlı qıza təcavüz edib öldürən şəxsə görünməmiş cəza
6 yaşlı qıza təcavüz edən və öldürən pakistanlı cinayətkar haqqında qərar çıxarılıb.
Cebhe.info xəbər verir ki, Pakistanın Kasur şəhərində qaçırılan Zeynəb Ənsara təcavüz edən və sonra boğaraq öldürən 24 yaşlı İmran Əli Pakistan məhkəməsi tərəfindən dörd dəfə ölüm cəzasına məhkum edilib. Hadisə ilə bağlı DNT nümunələri və şahid ifadələri məhkəməyə təqdim edilib. 
Qeyd edək ki, Zeynəbin cəsədi yanvarın 9-da Lahorun cənubundakı Kasur şəhərinin yaxınlığında çöldə tapılıb. Zeynəbin boğularaq öldürülməsi ilə bağlı şəhərdə etiraz nümayişləri keçirilib. 
Etirazlarda polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etməyə cəhd edən iki şəxs hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində öldürülmüşdü. Kasur polis bölməsinin açıqlamasına görə, son iki ildə şəhərdə 12 bunabənzər cinayət hadisəsi baş verib. 

LEGİON.AZ