"Renkaya həsəd aparan çoxdur"
"Paxıllıq edən insan özünə ziyan verir. Bütün müsbət enerjisi gedir, yerinə mənfi gəlir. Kiminsə yaxşı işinə, qalibiyyətinə, uğuruna həsəd aparmaq lazımdır, paxıllıq etmək yox".

Bu sözləri LEGİON.AZ-a açıqlamasında  istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev  deyib. Elton əksər rəqqasələrin  tanınmış rəqqasə Renkanın paxıllığını çəkdiyini bildirib:

"Renkaya  həsəd aparan çoxdur. Bunu da çəkinmədən orda - burda deyirlər. Bu normaldır. Renkanın paxıllığını çəkənlər də az deyil. Bu hisslərdən o uzaqdır. Heç kimin paxıllığını çəkmir. Çünki bu, insanı qabağa getməyə qoymur. "Tovuz quşu" libası  məsələsində  əksər rəqqasələr Renkaya paxıllıq etdi. Bunu da açıq-aşkar büruzə verirdilər".

LEGİON.AZ