Aygün və gürcü rejissoru yenidən bir arada - Foto
Xəbər verdiyimiz kimi, bir neçə həftə öncə xalq artisti pop diva Aygün Kazımovanın Gürcüstana səfərinin məqsədi sənəti ilə əlaqədar olub.

LEGİON.AZ-ın məlumatına  görə, müğənni Gürcüstanın məşhur rejissoru Basa Potskhishvili ilə görüşüb.  Görüşdə  gürcü rejissorla Aygün Kazımova arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və s. məsələlər diqqət mərkəzində olub. 

Qeyd edək ki,  daha əvvəl Basa Potskhishvili  Aygün Kazımovanın "Son Söz" və "Petrol" mahnılarının klipinin rejissorudur.

LEGİON.AZ