Elnarə Xəlilova kumirinin kim olduğunu etiraf elədi...
“W-Trio”nun keçmiş üzvü, müğənni Elnarə Xəlilova  “ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasında  öz kumiri haqda danışdı.

LEGİON.AZ-ın məlumatına görə, sənətçi  açıqlamasında  bəzi gənc müğənnilərdən  fərqli olaraq kumirinin adını çəkməkdən çəkinmədi. Elnarə  xalq artisti Aygün Kazımovanın  pərəstişkarı olduğunu  etiraf etdi:

"Mən həmişə özümü Aygün Kazımovaya bənzətmişəm. Aygün Kazımova mənim həmişə kumirim olub. Mən gözümü açanda səhnədə Aygün Kazımovanı görmüşəm. Şou biznesdə və səhnədə onu görmüşəm, ən gözəl geyimlərini onda görmüşəm. Ən maraqlı mahnıları Vaqif Gərayzadənin yaradıcıları onda görmüşəm.  Onu özümün kumiri belə saya  bilərəm. Çünki ən azı onun qədər sevilmək istərdim" - deyərək, Elnarə heyranlığını gizlətmədi. 

LEGİON.AZ