Sultan Moskvada Novruz konserti verəcək – FOTO
Moskvada yaşayan həmyerlimiz müğənni Sultan Meşədiyev  Moskvada  Novruz bayram konsert proqramı ilə çıxış edəcək.

LEGİON.AZ-ın məlumatına görə , sənətçi mart ayının 21-də “Nabat Palace”da sevənləri ilə bir araya gələcək. Həmyerlilərimizin Novruz Bayramına həsr etdiyi təntənəli proqrama  Azərbaycandan  tanınmış meyxanaçı Pərviz Bülbül və müğənni Türkan Vəlizadə də dəvət alıblar.

Qeyd edək ki, konsertin aparıcısı Kamrandır.

LEGİON.AZ