‎Bakıda “xərçəngsən” dedilər, Türkiyədə isə…
Milli Onkologiya Mərkəzinin həkimi Bahadur Abbasov xəstəyə ölümcül diaqnoz qoymaqda ittiham olunur.
LEGİON.AZ Axar.az-a istinadən
 xəbər verir ki, şikayətçi Mahirə Allahverdiyeva adlı xanıma sözügedən mərkəzin həkimi tərəfindən səs tellərində xərçəng şişi diaqnozu qoyulub.
Nəticələrə inanmayan M.Allahverdiyeva Türkiyənin İzmir şəhərində yerləşən xəstəxanalardan birinə müraciət edərək, növbəti dəfə orada analiz verib. Bu gün alınan nəticələrə görə, xəstədə heç bir bədxassəli şiş aşkarlanmayıb. Xəstəliyi ilə bağlı ciddi müalicə kursu yazılan pasient ölkəsinə geri göndərilib.
M.Allahverdiyeva bildirib ki, Bakıda ona qoyulan diaqnoza görə maddi zərər görüb və mənəvi stress yaşayıb. Pasient ona yanlış diaqnoz qoyan həkimi məhkəməyə vermək niyyətindədir.
İttihamlarla bağlı Axar.az-a açıqlama verən Milli Onkologiya Mərkəzinin həkimi Bahadur Abbasov bildirib ki, bu barədə bir söz deməsi üçün araşdırma aparmalıdır:
“Mən istəməzdim xanımda təhlükəli bir xəstəlik olsun. Ola bilər ki, ona Türkiyədə yanlış diaqnoz qoyublar. Bu araşdırılmalı və dəqiqləşdirilməlidir ki, hansı diaqnoz yanlışdır. Mən bu barədə sabah sizə daha ətraflı və dəqiq cavab verə bilərəm”.

LEGİON.AZ