“Azərsu”da maaş böhranı- İŞÇİLƏR PREZİDENTƏ MÜRACİƏT ETMƏKƏ HAZIRLAŞIRLAR
“Azərsu” ASC iki aydan artıq işçilərinə maaş verə bilməməsi əməkdaşları arasında  ciddi narazıçılığa səbəb olub.

Gununsesi.info-ya “Azərsu” ASC-də çalışan və adının çəkilməsini istəməyən bir qrup şəxs bildirib ki, istər Abşeronda, istərsə də respublikanın müxtəlif bölgələrində   “Azərsu”nun  tabeçiliyində olan  idarə və müəssisələrdə çalışanlara maaşları vaxtı-vaxtında verməməsi və maaşları aylarla gecikdirməsi ciddi narazıçılığa səbəb olub.

Mənbənin sözlərinə görə, “Azərsu” ASC-nin Mingəçevirdəki regional idarəsindən çalışanlara iki aydır maaş verilmir.

Bildirilib ki, “Azərsu” ASC-da belə hallar tez-tez olur. “Artıq iki aydır maaşımızı ala bilmirik. İşçilərin imkanı olmadığından işə gediş-gəlişdə ciddi problümlər yaranır. Yerli rəhbəlikdən maaşı tələb edən də isə deyirlər ki, bizə pul köçürülmdəyindən, biz də işçilərin pulunu verə bilmirik. Neçə dəfə yerli rəhbərliyə iradımızı və tələbimizi çatdrımışıq.  Onlar da  problemin həllində gücsüz olduqlarını deyirlər.

Bildirirlər ki, biz “Azərsu” ASC- rəhbərliyinə məsələ ilə bağlı məlumat vermişik, onlar da  maliyyə problemi olduğunu iddia edərək pul köçürmürlər. İndi biz də qalmışıq pis vəziyyətdə. Deyəndə ki, pulumuz yoxdu  və buna görə də işə gələ bilmirik. Onda da deyirlər ki, işdən çıxın. Bax qalmışıq çıxılmaz durumda. Haqqımızı tələb edəndə də, belə vəziyyətlə üzləşirik. Bilmirik problemimizi kimə deyək.  Əgər“Azərsu” ASC rəhbərliyi yaxın günlərdə işçilərin maaşını vermərlərsə, o zaman ölkə rəhbərliyinə müraciət emtək zorunda qalacağıq”- deyə, işçilər bildirdilər.

LEGİON.AZ