“Aygün, bir gün "Opera Casino"da” - FOTO
Məlum olduğu kimi,  24 fevral tarixində Xalq artisti Aygün Kazımova Belarusiyanın Minsk şəhərində yeni açılan ən prestijli məkanlarından olan “Opera Casino”da  konsert proqramı ilə çıxış etməyə hazırlaşır.

LEGİON.AZ ölkənin əsas ulduzu sayılan sənətçinin Minsk şəhərində  verəcəyi konsert barədə bir  neçə detalla sizi tanış edək.  Şou biznesimizin divasını Vaqif Gərayzadənin rəhbərlik etdiyi ansambl müşayət edəcək.  Konsertdə sənətçi "Sevgilim Süz", "Şəklimi çək", "Kişilər", "Sənə Qurban" və digər sevilən mahnıları da  ifa edəcək.

Xatırladaq ki, konsertin olacağı gün üçün kazino və restoranda bütün stollar həftələr öncəsindən sifariş olunmuşdur. "Diva" adlandırılan sənətçi  konsert Belorusiyanın paytaxtı Minsk şəhərində yerləşən “Opera Casino” zalının biletlərinin 93%-dən çoxu alınıb artıq – konsertə hələ bir gün qalıb.

LEGİON.AZ