Niyam Samir Piriyevlə birgə Bodrumda restoran açdı - Foto
Müğənni Niyam Salami həmkarı Samir Piriyevlə birlikdə yeni biznesə başlayıb.

LEGİON.AZ-ın məlumatında görə, sənətçilər Türkiyənin "turizm cənnəti" adlandırılan Bodrumda tezliklə "Nissa" adlanan restoran fəaliyyətə başlaması ilə turzim sektoruna girirlər. Bodrumda açılacaq restoranın bütün dekorasiya detallarıyla tək tək maraqlanan Niyam  və Samir  Azəbaycan mətbəxini Türkiyədə sevdirmək və tanıtmaq iddiasındadırlar. 

Qeyd edək ki, həmin restoranda sənətçilər özləri də səhnəyə çıxacaqlar.

LEGİON.AZ