Özbək müğənnisi Tərlan Novxanının mahnısına klip çəkdir
Özbəkistanın məşhur müğənnilərindən biri Azərbaycanda klip çəkdirmək fikrinə düşüb.

LEGİON.AZ-ın məlumatına görə, Manzura azərbaycanlı klipmeyker Nail Naiboğluya klip çəkdirmək üçün tezliklə Bakıya gələcək. Müğənni azərbaycanlı meyxana ustası Tərlan Novxanı ilə birgə ifa etdiyi duetə klip çəkdirir. Mahnı “Xəyanət etmərəm” adlanır.

Xəbəri Nail Naiboğlu da təsdiqləyib: "Doğrudur, mən hazırda yeni klipimin çəkilişlərinə hazırlaşıram. Manzura tezliklə Bakıya gələcək. Mən onun klipini Özbəkistanda da çəkə bilərdim. Sadəcə, razılaşmadım. Çünki gözəl Bakımızda çəkmək istədim və hər dəfə Manzuranin klipi özbək telekanallarında yayımlananda Bakımızın gözəlliklərinin göz oxşamasını istədim. Bu mənim içimdən gələn vətənpərvərlik hissləridi".

Qeyd edə ki, klip sırf Azərbaycanın yaradıcı heyəti tərəfindən ərsəyə gələcək. "Xəyanət etmərəm" adlı bəstənin müəllifi Tərlan Novxanıdır.

LEGİON.AZ