Bakıda daha bir tikinti qalmaqalı: Komitə sədrinin qardaşına qarşı ittiham (Fotolar)
“Galaxy Palace” MMC-nin 2011-ci ildə Bakı şəhəri Həsən Əliyev küçəsində inşasına başladığı yaşayış binasının tikintisində 4 ildir fasilələr yaranıb.

Bina daş aqlayla üzləndiyi üçün ilk baxışdan hər şeyin qaydasında olduğu təsəvvürü yaranır. Amma binanın həyətinə daxil olanda tikinti işinin tam başa çatdırılmadığını müşahidə etdik.
LEGİON.AZ 
xəbər verir ki, Sakinlər dəfələrlə mənzillərin təhvil verilməsini tələb etsələr də, hələ də binada yaşayış üçün şərait yoxdur. Binanın qeyri-yaşayış sahəsinin də istifadə olunmadığının şahidi olduq.

Binanın Faiq adlı komendatının bizə verdiyi məlumata görə, bina bu il ərzində “açar təhvili” əsasında istifadəyə tam hazır şəkildə təhvil veriləcək: “Binanın inşasının başa çatdırılması üçün 15-20 faiz iş qalıb. Binaya suyun və elektirik enerjisinin verilməsi təmin olunub, sayğaclar quraşdırılandan sonra mənzillərə su və işıq veriləcək. Müvafiq dövlət qurumu binanı təhvil-təslim götürəndən sonra binaya qazın verilişi də təmin olunacaq. Eləcə də, sakinlərə mülkiyyət kağızı veriləcək”.

Komendat bir mənzilin bir neçə nəfərə satılması iddiasının həqiqətə uyğun olmadığını bildirdi.

Xatırladaq ki “Galaxy Palace” MMC-nin sahibi “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovdur.Bizimyol.net

LEGİON.AZ