Direktor müəlliməyə 500 manat “atıb” – kuryoz
Beyləqanın Allahyarlı kənd tam orta məktəbinin direktoru Balakişiyev Fikrət vəzifəsindən istifadə edərək müəllimlərdən pul alır.

AzEuroNews.com-a verilən xəbərə görə, direktor məktəbin müəllimlərinin dərs saatlarını artırılması üçün müəllimlərdən rüşvət istəyir.


Rüşvət verən müəllimlərin dərs saatlarını artırır, rüşvət verməyən müəllimlərin isə dərs saatlarını azaldır.


Allahyarlı kənd tam orta məktəbində müəllimə işləyən Səidə Allahverdiyeva gozetci.az-a bildirib ki, məktəbin direktoru onun dərs saatlarını artıracağını vəd edərək 500 manat alıb, dərs saatlarını isə artırmayıb.


Məktəbdə işləyən başqa müəllimə Sevinc Süleymanova isə bildirib ki, məktəbin direktoru Balakişiyev Fikrət ondan 300 manat rüşvət istəyib və müəllimə rüşvət verməkdən imtina etdiyi üçün direktor onun dərs saatlarını azaldıb.


Mövzu ilə bağlı Allahyarlı kənd tam orta məktəbinin direktoru Fikrət Balakişiyevlə əlaqə saxlamaq cəhdimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini örənib dərc etməyə hazırıq.

LEGİON.AZ