Yeganə Sadıxova Moskva Moda Həftəsinə dəvət olunub -Foto
Öz dəst-xətti ilə seçilən "YES MODA EVİ"nin rəhbəri tanınmış azərbaycanlı dizayneri və modelyeri Yeganə Sadıxovanın Moskvadayeni moda kolleksiyası nümayiş etdiriləcək.

Bu barədə LEGİON.AZ-a məlumat verən modelyer bildirib ki, nümayiş martın 10 - 11-də olacaq. Modelyerin sözlərinə görə, bu barədə təklif Moskvadan gəlib. "Moskva Fashion Week" MFW  moda sərgisində nümayiş olunacaq kolleksiyadakı bütün geyimlərin parçasını da onun özü yaradıb. 

LEGİON.AZ