Bakıda direktor və müəllim şagirdi döyüb? — Valideynlər belə iddia edir + VİDEO
Bakıda 5-ci sinif şagirdi məktəbin direktoru və orada çalışan müəllimə tərəfindən döyülüb.
LEGİON.AZ 
 “XəzərTV”yə istinadən xəbər verir ki, uşağın valideynləri belə iddia edirlər.

Hadisə Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə baş verib.
Belə ki, valideynləri  5-ci sinif şagirdi Cavid Mehdiyevin qolunda və belində göyərmiş izlərin olduğunu görüblər. Bunun səbəbini soruşduqda isə, o məktəbin direktoru Yasin Quliyev və Elmira adlı müəlliməsi tərəfindən döyüldüyünü bildirib. Cavidin sözlərinə görə, məktəbin həyətində sinif yoldaşı ilə mübahisə edib. Bundan sonra, başqa bir sinif yoldaşı mübahisəni görərək Caviddən Elmira müəlliməyə şikayyət edib.
Sonra Elmira müəllimə Cavidi döyərək direktor Yasin Quliyevin yanına aparıb.
Məsələ ilə əlaqədar hadisədə adıçəkilən direktor və müəllimənin mövqeyini öyrənmək mümkün olmayıb. Faktla bağlı həm Polis İdarəsində, həm də Bakı şəhər Təhsil İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

LEGİON.AZ