Qafqaz Xəbər Agentliyi yenidən oğurluğa məruz qalıb - polis bir tədbir görəcəkmi?

Sahə rəisi Valeh Səfərov isə deyir ki, “mənim təqaüdə çıxmağıma az qalıb, tez-tez belə şeylərə görə narahat etməyin”

Redaksiyadan kondisioner mühərrikləri oğurlanıb

Xəbər verdiyimiz kimi, yeni ilin ilk günlərində Qafqaz Xəbər Agentliyinin redaksiyasında oğurluq hadisəsi baş vermişdi.

“Qafqaz Xəbər”qəzetinin əməkdaşları redaksiyaya gələrək redaksiyaya məxsus kondisionerin mühərrikinin mis freon borularının kəsilib oğurlandığını aşkar etmişdilər.

Baş vermiş hadisə ilə bağlı DİN-in “102” xidmətinə müraciət olunub.

Bu gün isə oxşar hadisə təkrarlanıb. Lakin bu dəfə mis freonlar yox, iki kondisionerin mühərriki oğurlanıb. Və “Qafqaz Xəbər” əməkdaşları sahə rəisi Valeh Səfərova da müraciət etdikləri halda, laqeydliklə üzləşiblər.

Qafqaz Xəbər Agentliyi”-nin baş direktoru Araz Məmmədov LEGİON.AZ saytına bildirib ki, çox güman bu oğurluğu edən şəxslər mis boruları satmaq məqsədi ilə kəsib aparıblar.

Onun sözlərinə görə, ilk hadisə olan zaman Xətai RPİ-nin 37- ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. Hadisə ilə bağlı ərizə götürülüb, izahatlar alınıb. Polis əməkdaşları tezliklə bu cinayətin üstünün açılacağını söz veriblər. “Lakin o vaxtdan bir nəticə yoxdur. Sahə rəisi Valeh Səfərov isə deyir ki, mənim təqaüdə çıxmağıma az qalıb, tez-tez belə şeylərə görə narahat etməyin.

Baş direktor Araz Məmmədov bundan başqa LEGİON.AZ saytına bildirib ki, “Qafqaz Xəbər Agentliyi”nin Süleyman Vəzirov 11 ünvanında yerləşən binanın məhəlləsinə tez-tez Heydər Əliyev adına liseyin şagirdləri dərsdən qaçaraq yığışırlar və orda siqaret çəkir və spirtli içkilər qəbul edirlər. “Biz dəfələrlə liseyin rəhbərliyini bu barədə məlumatlandırsaq da hələ də həmin şagirdlər barəsində bir tədbir görən olmayıb. Əksinə bizim şikayətlərdən sonra məhəllənin həyətində dərsdən qaçan şagirdlərin sayı daha da çoxalıb”,- deyə Araz Məmmədov bildirdi.

"KAT" MTK şəhərciyinin sakinləri isə bildirib ki, şəhərcikdə tez-tez velosiped oğurluğu hadisəsi baş verir. Sakinlər məsələ ilə bağlı polis orqanlarına, habelə Valeh Səfərova müraciət etdiklərini, lakin tədbir görülmədiyini qeyd ediblər. "Valeh Səfərov gəlib kamera görüntülərini götürür, çıxıb gedir. Sahə rəisinin bu laqeydliyi bizi ciddi narahat edir", - deyə şəhərciyin sakinləri əlavə edib.

LEGİON.AZ

“Qafqaz Xəbər” qəzetinin redaksiyasında oğurluq baş verib-(FOTO+VİDEO)