Azərbaycanlı uşaq Sarkisyana müraciət etdi – Görüntülər internetdə rekord qırdı (VİDEO)
Azərbaycanlı azyaşlının videosu görənlərin marağına səbəb olub.

Minval.info xəbər verir ki, onun rus dilində çıxışı minlərlə insan tərəfindən izlənilib.

Belə ki, azyaşlı videoda Sarkisyana müraciət edərək ondan işğal olunmuş torpaqlarımızın geri qaytarmasını tələb edib: “Ey, sən Sarkisyan! Qarabağımızı qaytar. Doğma torpağımızı qaytar”.

Kiçik qəhrəman həmçinin Ermənistan prezidetinə barmaq silkələyərək ona terrorçu olduğunu deyib: “Sən terrorçusan, sən cavab verəcəksən mənə, özün bilirsən necə olacaq”.

LEGİON.AZ