Putin yeni həbslərin anonsunu verdi
Dağıstanda yüksək vəzifəli şəxslərin həbs edilməsi ilə nəticələnən korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdiriləcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
"Nə edilirsə, Dağıstan xalqının maraqları üçün edilir. Bu, davam etdiriləcək”, - Kreml rəhbəri bildirib.
Qeyd edək ki, Dağıstanda korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində baş nazir, müavinləri, təhsil naziri və memarlıq naziri həbs edilib.

LEGİON.AZ