Damla xeyriyyə konserti verəcək -FOTO
Türkiyəli müğənni Damla xeyriyyə konserti verəcək. 

LEGİON.AZ-nın məlumatına görə,  “Xərçəng xəstəlikdən əziyyət çəkən Ceniffer Keddi  DƏSTƏK” xeyriyyə konsert  martın 9-da, saat 17:00-da Almaniyada mərkəzlərin birində baş tutacaq. Damla səhnəni sənət yoldaşı, müğənni Mine, Cengiz Bulut, "Mavi" qrup və "Roj" qrupla  bölüşəcək. Xeyriyyə tədbirində “ŞƏFFAF QUTU”ya toplanacaq vəsait xərçəng xəstəlikdən əziyyət çəkən 26 yaşlı voleybolçu Ceniffer Keddinin müalicəsinə sərf ediləcək. Xeyriyyə işləri ilə seçilən Damla bu cür konsert verməyi özünə borc bildiyini  deyib.

LEGİON.AZ