Sabirabad sakini iki nəfəri güllələyib
Sabirabad sakini ehtiyatsızlıqdan iki həmyerlisini güllələyib.
Xezerxeber.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən məlumatına görə, martın 3-də Sabirabad rayonunun Qasımbəyli kənd sakinləri Şirməmməd Əsədov və Şöhrət Babayev qırma yaraları ilə xəstəxanaya gətiriliblər.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində onların "Sarı Su” adlanan gölün Qasımbəyli kəndində yerləşən hissəsində həmkəndliləri Həmid Adışovla birgə ov edərkən qayıqdan düşən zaman sonuncunun tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət almaları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən H.Adışovdan müvafiq sənədləri olmayan "İJ-58” markalı tüfəng götürülüb.

LEGİON.AZ