Bakı gömrüyünün müavinlərindən biri həbs olunub?
Bir neçə vaxtdır ki, Bakı Baş Gömrük İdarəsində baş verən olaylar barədə məlumatlar ölkə mətbuatının səhifələrindən düşmür.

Həmin məlumatlarda bildirilir ki, karqo şirkətləri ilə bağlı Bakı gömrüyündə başlanılan yoxlamalar hələ də davam edir. Əlbəttə, söhbət ölkə mətbuatının yazdığı kimi mənimsənilən milyardlardan gedir.

Məsələ ilə bağlı hətta Bakı gömrüyünün müavinlərindən biri həbs olunub. Bizə Bakı gömrüyünün müavinlərindən hansının həbs olunması məlumdur. Ancaq araşdırmamız davam edənəcən hələ ki, həmin məmurun adını açıqlamırıq.

Bakı gömrüyündə davam edən yoxlamaların yekununda kimlərin daha həbs olunacağı da artıq göz qabağındadır. Vaxtı ilə öz bağlarına, çay evlərinə zirehli şüşələrdən sipər çəkərək milyardları həmin yerlərdə gizlədənlər, hazırda çox pis durumdadırlar. Bəli, mənimsənilən milyardlardan aidiyyəti qurumların xəbəri var və bu milyardları mənimsiyənlər tez bir zamanda məsuliyyətə cəlb olunacaqlar.

Yayda xarici ölkələrdə istirahət zamanı sutkası 50 min dollara villa-hotel sifariş edəndə, görəsən həmin məmurlar özlərini kimlərə bənzətmək istəyirdilər?!

Apardığımız araşdırmalara görə həmin villa-hotellərdə adətən dövlət başçıları qalır və villa-hotelləri ən çox bəyənən dövlət başçısı Qazaxıstanın prezidenti Nursultan Nazarbayevdir.

Araşdırmamız davam edir, bizi izləyin.

Anar Asimoğlu

365İNFO.AZ